Döyüş bölgələrində talanmış, itirilmiş silah və döyüş sursatları barədə (dislokasiya olunmuş yerləri 7-ci rekvizitdə göstərilməklə) mərkəzləşdirilmiş uçota alınması üçün hərbi prokurorluq orqanları tərəfindən məlumat-axtarış kartı – S (MAK-S) tərtib olunaraq üç iş günü ərzində BƏSİİ-yə göndərilir, həmin bölgələrdə silah və döyüş sursatları aşkar olunduqda isə uçota alınması üçün ərazi polis orqanına təhvil verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
MAK-S silahın uçota alınması ilə yanaşı məlumatlarda düzəlişlərin aparılmasında da istifadə olunur.