Sənətşünas, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova Azərbaycan Milli Xalça Muzeyinin yeni direktoru təyin olunub.
Heftelik.az-ın məlumatına görə, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, mədəniyyət nazir Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Əminə Zakir qızı Məlikova 2000-ci ildə Jurnalistika ixtisası üzrə bakalavr, 2007-ci ildə iqtisadiyyat və menecment ixtisası üzrə magistratura pillələrini bitirib. 2016-cı ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
1999–2009-cu illərdə Muzey Mərkəzinin Beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsinin müdiri, 2009–2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, direktor müavini vəzifələrində işləyib. 2018-ci ildə “İçərişəhər” Muzey Mərkəzinin direktoru təyin edilib.
Ə.Məlikova 2023-cü ildən son təyinatadək Heydər Əliyev Mərkəzi Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru vəzifəsində çalışıb.