Mirasın açıldığı yerin notariusu gün təyin edərək, maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Notarius maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edərkən, vəsiyyətnamənin surətlərini onlara paylayır və vəsiyyətnamənin mətnini ucadan oxuyur. Vəsiyyətnamənin məzmunu bu barədə notarius tərəfindən tərtib edilən müvafiq protokolda qeyd edilir. Vəsiyyətnamənin qoyulduğu zərf açılmazdan əvvəl zərfə vurulan möhürün salamatlığının yoxlanılması barədə məlumat da protokolda qeyd edilir.