Talanmış, itirilmiş və ya aşkar edilmiş xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaların və ya sənədlərin uçota alınması məqsədilə məlumat-axtarış kartı – İ (MAK-İ) tərtib olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
MAK-İ xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaların və ya sənədlərin talanması faktı üzrə cinayət işini başladıqdan sonra müstəntiq (təhqiqatçı) tərəfindən üç iş günü müddətində tərtib edilərək BƏSİİ-yə göndərilir. MAK-İ-yə əşyanın fotoşəkili və ya eskizinin təsviri əlavə olunur. Müasir suvenirlər, kütləvi seriya istehsalı olan mədəni təyinatlı əşyalar uçota alınmır.