Arvadına əzab verməkdə təqsirləndirilən Yalçın Bektimirovun barəsində olan hökmdən verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən Yalçın Bektimirovun və həyat yoldaşı zərərçəkmiş Anastasiya Bektimirovanın birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinə baxılıb. Y. Bektimirov ona bəraət verilməsini, həyat yoldaşı isə cəzanın ağırlaşdırılmasını istəyib.
Məhkəmənin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və Yalçın Bektimirovun cəzası 2 ildən 3 il 6 aya qaldırılıb.

Xatırladaq ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə Yalçın Bektimirov Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə) maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə ona 2 il həbs cəzası təyin edilib.

Anastasiya Bektimirova ərinin ona mütəmadi şiddət göstərdiyini, nəticədə bir gözünü