Avtomatlaşdırılmış Məlumat Bankının işinin təşkilinə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
“Avtomatlaşdırılmış Məlumat Bankı”nın(AMB) işinin təşkili mərkəzləşdirilmiş uçotlar, avtomatlaşdırılmış informasiya sistemləri və kartotekalar vasitəsilə aparılır və aşağıdakı qaydada həyata keçirilir:
– cinayətin törədilməsinin xarakterik üsuluna, yaşayış yerinə və sorğuda qeyd edilən digər əlamətlərə görə AMB-də mərkəzləşdirilmiş uçotda olan şəxsin açılmamış cinayətin törədilməsində iştirakının olub-olmaması ehtimalının yoxlanılması məqsədilə zəruri məlumatların verilməsi təmin edilir;
– əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə AMB-də mövcud olan məlumatlarla sorğulardakı qeydlər arasında oxşarlıq aşkar edildikdə həmin məlumatlar və şəxsə dair fotoşəkillərin surətlərinin aidiyyəti üzrə göndərilməsi həyata keçirilir;
– müvafiq uçot sənədlərində məlumatların, onlara dair dəyişikliklərin vaxtında AMB-yə daxil edilməsi və bu Təlimata əsasən məlumatların saxlanılması müddətlərinə riayət olunmasına nəzarəti BƏSİİ həyata keçirir.