Növbəti tədris ili üçün Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində SABAH qruplarına qəbul aparılmayacaq.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, Hüquqşünaslıq fakültəsinin SABAH qruplarına qəbulun yalnız Qarabağ Universitetində aparılması nəzərdə tutulub. Eyni zamanda, bildirilib ki, BDU-da digər ixtisaslar üzrə SABAH qrupları fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar aşağıdakılardır:
- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
- İbtidai sinif müəllimliyi
- Hüquqşünaslıq
- Maliyyə
- Riyaziyyat müəllimliyi
- Xarici dil müəllimliyi (ingilis dili)
- Beynəlxalq münasibətlər
- Mühasibat