Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat ofisinin adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.