“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov vəzifəsindən istefa verib.

Heftelik.az-ın məlumatına görə, bu barədə Fərrux Mahmudov “Facebook” səhifəsində paylaşım edib.

Fərrux Mahmudov Bakı klubunda sonuncu iş günü olduğunu bildirib: “Bu gün “Neftçi” baş icraçı direktoru vəzifəsində sonuncu günümdür. Klubla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq”.

Qeyd edək ki, Fərrux Mahmudov ötən ilin iyulundan “Neftçi”də çalışır.