2023-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 15 622 nəfər olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayb.
Qeyd edilib ki, bunlardan şəhər yerlərində doğulanların sayı 6 019, kənd yerlərində doğulanların sayı isə 9 603 nəfər olub.
Xatırladaq ki, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildə 24 038, 2020-ci ildə 17 714, 2021-ci ildə 17 566, 2022-ci ildə isə 18 814 nəfər olub.