Notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə bank tərəfindən müəyyən edilmiş xidmət haqqını vəsaiti qəbul edəcək şəxs və ya onun nümayəndəsi ödəyir.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Notariusun icra qeydi əsasında ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bölüşdürülür. Müqavilə üzrə pul məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş aşağı həddən az olduğu hallarda da notarius müvafiq notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin xahişi ilə həmin məbləğin depozit hesabı vasitəsilə ödənilməsi barədə tədbir görə bilər.