Məlumat-axtarış kartının (MAK) 42-ci rekvizitində “müəyyən edilməyən şəxsin təxmini təvəllüdü”, məsələn: 30-40 yaş arasındadırsa, bu zaman “1970-1980” kimi qeyd olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Rayon (şəhər) polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi bölmələri (şöbələri) tərəfindən Penitensiar xidmətin müəssisələrindən azad olunan bütün şəxslər yaşayış yeri üzrə qeydiyyata alınır və onlar barəsində məlumatlar (3 nömrəli əlavə) tərtib edilir.