Protokol notarius və vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxslər tərəfindən imzalanır.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxsin protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ var. Onun bu izahatı və mülahizələri protokola əlavə edilir. Protokolun notariat qaydasında təsdiq edilmiş surətləri vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxslərə verilir, vəsiyyətnamənin əsli isə notariusda saxlanılır.