Əgər kreditor icranın qəbulunu yubadırsa və onun olduğu yer məlum deyildirsə, borclu pulları və ya qiymətli kağızları kreditora verilməsi üçün notariusun depozit hesabına qoya bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulduğundan, borclu öz öhdəliyindən azad edilir. Pul məbləğlərini və sənədli qiymətli kağızları öhdəliyin icrası yerindəki notarius depozitə qəbul edir.