Şəxslərə dair uçot sənədləri 80 yaşı tamam olanadək və ya ölüm faktı müəyyən edildikdə “Avtomatlaşdırılmış Məlumat Bankı”nda (AMB) uçotdan çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Cinayət işi üzrə icraata və cinayət təqibinə xitam verildikdə, silah və döyüş sursatları, nəqliyyat vasitələri, nömrəli sənəd və əşyalar, mədəni dəyəri olan əşyalar tapıldıqda, aşkar edildikdə və ya sahibi müəyyən edildikdə bu barədə uçotu təmin edən orqanın məlumatı “Avtomatlaşdırılmış Məlumat Bankı”nda (AMB) uçotdan çıxarılır.