Silah müxtəlif nömrəli hissələrdən ibarətdirsə, onun hər bir hissəsinə ayrıca məlumat-axtarış kartı -S (MAK-S) tərtib edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.

Döyüş maşınlarının üzərində olan hər bir silaha ayrı-ayrılıqda MAK-S doldurulur və hansı maşına (modeli, nömrəsi, seriyası və s.) məxsusluğu qeyd olunur.

Silaha dair kartoteka aşağıdakı bölmələrdən ibarətdir:

– yivsiz tüfəng və karabinlər;

– yivli tüfəng və karabinlər;

– avtomatlar;

– pulemyotlar;

– tapança və revolverlər;

– qaz tapançaları;

– fərdi nömrəsi olan döyüş sursatları;

– qumbaraatanlar, odpüskürənlər;

– artilleriya qurğu və sistemləri.