Şəmkirdə 61 yaşlı kişini ildırım vurub.

Heftelik.az-ın APA-ya istinad verdiyi məlumata görə, hadisə rayonun Yeni Həyat kəndində baş verib.

Kənd sakini olan 1963-cü il təvəllüdlü Z.Musayevi evinin yaxınlığında ildırım vurub. 61 yaşlı kişi aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

***

saat 01.02

Azərbaycanda 2 nəfəri ildırım vurub.

Heftelik.az-ın məlumatına görə, Tovuz rayonunun Ağdam kənd sakini 2010-cu il təvəllüdlü Səbuhi Abdullayev düzənlik ərazidə mal-qara otaran zaman onu ildırım vurub.

Yeniyetmə hadisə yerində ölüb.

Gəncə şəhərinin Həsən Əliyev küçəsində 2000-ci il təvəllüdlü Orxan Quliyevi  ildırım vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.