Elm və təhsil naziri Emin Əmrullayev BDU-da SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının ləğv olunmasına münasibət bildirib.
Heftelik.az-ın məlumatına görə, nazir Şuşada jurnalistlərə açıqlamasında deyib ki, SABAH qrupları ənənəvi olaraq bir ali təhsil müəssisəsində tədris olunub:
Emin Əmrullayev qeyd edib ki, bir ixtisas heç vaxt iki universitetdə olmayıb: “SABAH qrupunun əsas fəlsəfəsi ondan ibarətdir ki, tələbələri bir ali təhsil müəssisəsində toplayırıq. SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının BDU-da bağlanması həmin ali təhsil müəssisəsində eyniadlı ixtisasın bağlanması demək deyil. Orada hüquqşünaslıq ixtisasına qəbul davam edəcək. “Qarabağ Universitetində SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının tədris olunmasına gəlincə, burada tələbələrə daha çox sosial güzəştlər verə bilirik. Bu səbəbdən SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının Qarabağ Universitetində olması ilə əlçatanlığı təmin edə biləcəyik”.