İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.
Heftelik.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluqdan bildirilib.
***
saat 14.43
“Xətlər üzrə yubanma 1 saata yaxın olub. Hazırda xətlər üzrə qatarların hərəkəti ilə bağlı hər hansısa ciddi problem yoxdur.”
Heftelik.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
***
saat 13.51
“28 May” metrostansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşüb.
Bu barədə Heftelik.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Qeyd edilib ki, “28 May” stansiyasına qatar daxil olanda, dəmir yoluna düşən sərnişin ölüb. Xətlərdə yubanma var.