Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, həlledici final matçında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəliblər.

“Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi bitib – 2:1.

“Köhlən atlar”ın heyətində 42-ci dəqiqədə Olavio Juninyo, 62-ci dəqiqədə Abdullah Zubir fərqlənib. “Zirə”də İsmayıl İbrahimli 57-ci dəqiqədə adını tabloya yazdırıb.

Beləliklə, “Qarabağ” səkkizinci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb.

Cari mövsüm Azərbaycan Premyer Liqasının da qalibi olan komanda mövsümü “qızıl dubl”la başa vurub.