UEFA Çempionlar Liqasında final oyunu keçirilib.
Heftelik.az-ın məlumatına görə, Londondakı “Uembli”də keçirilmiş görüşdə Almaniyanın Dortmund “Borussiya” və İspaniyanın “Real Madrid” komandaları qarşılaşıb.
Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi oyunda “Real Madrid”-in ikinici hissədə iki qola sevinib. 74-cü dəqiqədə Dani Karvaxal topu başla tora göndərib, 83-cü dəqiqədə isə Vinisius Junior fərqlənib.
Beləliklə, “Real Madrid” 1 illik fasilədən sonra və tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub.