Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda, müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmamasına görə cərmə tətbiq olunur.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda, müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmamasına görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.