“Avtomatlaşdırılmış Məlumat Bankı” (AMB) məlumat-axtarış kartları vasitəsilə formalaşdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Aşağıda göstərilən dövlət orqanları məlumat-axtarış kartlarında nəzərdə tutulmuş məlumatların AMB-yə elektron rabitə kanalları və ya xüsusi rabitə vasitəsilə göndərilməsini təmin edir və qeyd edilən məlumatlardan sorğu etməklə xidməti fəaliyyətlərində istifadə edirlər:
– Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi;
– Azərbaycan Respublikası Ədliyyə Nazirliyi;
– Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi;
Azərbaycan Respublikası Baş Prokurorluğu;
– Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti;
– Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti;
– Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti;
– Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
– Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.