Əgər vərəsənin miras əmlakın tərkibi barədə məlumatı vardırsa, notarius ona təklif edir ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün bu fəsildə nəzərdə tutulan sənədlər təqdim edilənədək, mirasın qəbulu barədə ərizə versin.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Bu ərizədə mirasın qəbul edilməsi barədə iradə ifadəsi əks olunmalı və ünvanlandığı notariat ofisinin adı, ərizəçinin soyadı, adı və atasının adı, ünvanı, mirasın açıldığı vaxt, miras qoyanın soyadı, adı, atasının adı və yaşadığı ünvan göstərilməlidir.