Hər ay başa çatdıqda növbəti ayın birinci iş günü təsdiq edilmiş müqavilələr üzrə depozit hesabı vasitəsilə ödənilmiş məbləğlər barədə bank hesabından çıxarışla üzləşmə aparılır və rübdən sonra ayın 5-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Depozit hesabının açılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmalıdır. Hər ay başa çatdıqda, növbəti ayın birinci iş günü təsdiq edilmiş müqavilələr üzrə dövlət büdcəsinə ödənilmiş vergi barədə bank hesabından çıxarışla üzləşmə aparılır və rübdən sonra ayın 5-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilir.