Vergi ödəyicisi tərəfindən onun bank və digər ödəniş hesabında xarici valyutada olan pul vəsaiti hesaba vergi orqanının sərəncamı daxil olduğu gündən 10 əməliyyat günü ərzində konvertasiya edilmədikdə, növbəti iş günü ərzində Mərkəzi Bankın elan etdiyi məzənnə ilə xarici valyutada olan dondurulmuş pul vəsaiti kredit və ya elektron pul təşkilatı tərəfindən konvertasiya edilməklə sərəncam icra edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu maddə ilə müəyyən edilmiş 10 əməliyyat günü müddətində vergi orqanı tərəfindən yeni sərəncam göndərildiyi halda həmin sərəncamda göstərilən vergi borcunun məbləği vergi orqanının əvvəlki sərəncamına münasibətdə azalmışdırsa, 10 əməliyyat günü müddəti əvvəlki sərəncamın tarixindən hesablanır. Bu maddə ilə müəyyən edilmiş 10 əməliyyat günü müddətində vergi orqanı tərəfindən yeni sərəncam göndərildiyi halda həmin sərəncamda göstərilən vergi borcunun məbləği vergi orqanının əvvəlki sərəncamına münasibətdə artmışdırsa, 10 əməliyyat günü müddəti əvvəlki sərəncamda göstərilən vergi borcu üzrə həmin sərəncamın tarixindən, artan vergi borcu məbləğinə münasibətdə isə yeni sərəncamın daxil olduğu tarixdən hesablanır.