Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların keçirildiyi xüsusi iş rejiminə əməl olunmamasına görə vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi üçün tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.