Nəqliyyat vasitələrinin uçota alındığı gündən 15 il keçdikdə “Avtomatlaşdırılmış Məlumat Bankı”nda (AMB) uçotdan çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Aşkar edilmiş silahlar və mədəni dəyəri olan əşyaların dövriyyəyə qaytarılması (o cümlədən ticarət təşkilatları vasitəsilə), əməliyyat-arxiv kolleksiyalarına daxil edilməsi və yaxud muzeylərə (sərgi zallarına) eksponat kimi istifadəyə verilməsi barədə səlahiyyətli orqan tərəfindən qərar qəbul olunduqda “Avtomatlaşdırılmış Məlumat Bankı”nda (AMB) uçotdan çıxarılır.