Sahibi müəyyən olunmayan tapılmış, könüllü təhvil verilmiş və aşkar edilmiş nömrəli silahlara dair uçotun aparılmasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
– tapılmış, könüllü təhvil verilmiş və aşkar edilmiş silahların üzərindəki göstəricilərin (marka, model, nömrə, kalibr, istehsal tarixi, seriyası və s.) dəqiqləşdirilməsi və ya müəyyən edilməsinə dair ekspert-kriminalistin rəyi alındıqdan sonrakı iki iş günü ərzində araşdırmanı aparan əməkdaş tərəfindən MAK-S tərtib olunaraq BƏSİİ-yə göndərilir;
– talanmış, itirilmiş, aşkar edilmiş, tapılmış, könüllü təhvil verilmiş silah və döyüş sursatları AMB-də yoxlanılarkən onun mərkəzləşdirilmiş axtarış uçotunda olması, yaxud silaha dair vacib məlumatlar üzrə oxşarlıq müəyyən olunarsa sorğu sahibinə və məlumatı uçota göndərən orqana BƏSİİ tərəfindən ətraflı məlumat verilir;
– sahibi müəyyən olunmayan tapılmış, könüllü təhvil verilmiş və aşkar edilmiş silahların mərkəzləşdirilmiş uçota alınması barədə BƏSİİ tərəfindən iki nüsxədə arayış tərtib olunaraq üç iş günü ərzində müraciət edən orqana göndərilir. Arayışın bir nüsxəsi aparılan araşdırma materiallarına əlavə olunur, digəri isə silah təhvil verilərkən müvafiq silah anbarına təqdim edilir;
– tapılmış, könüllü təhvil verilmiş və aşkar edilmiş silah və döyüş sursatlarının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Mərkəzi Bazaya arayış olmadan qəbul edilməsi qadağandır;
– vətəndaşların və təşkilatların sərəncamında olan silah və döyüş sursatları daxili işlər orqanlarına təhvil verilərkən, habelə sahibi məlum olan aşkar olunmuş silahların AMB-də uçotu aparılmır.