“Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”a uyğun tərtib olunan məlumatlar dərhal raportla həmin orqanın rəhbərliyinə məruzə edilərək əməliyyat və ictimai təhlükəsizlik xidmətlərinə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Toplanan məlumatlar ümumiləşdirilərək (3 nömrəli əlavə) növbəti ayın beşinədək (məlumat olmadığı halda da) Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə (BƏSİİ) göndərilir.