İnzibati qaydada həbs edilmiş şəxslər (habelə avara və tüfeyli həyat tərzi keçirənlər) və xüsusi uçotlarda olan narkotik aludəçiləri və ruhi xəstələr barəsində məlumat-axtarış kartı (MAK) – İnzibati şəhər, rayon polis orqanlarında ictimai təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən tərtib edilərək üç iş günü ərzində Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə (BƏSİİ) göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
80 yaşdan yuxarı cinayət törədən şəxslər “Avtomatlaşdırılmış Məlumat Bankı”nda (AMB) uçota alınmırlar.