Bakıda intihar hadisəsi baş verib.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində “Siyaqut” şadlıq sarayının yaxınlığında qeydə alınıb.
2001-ci il təvəllüdlü Orucov Yaftum Yaşar oğlu özünü 16-cı mərtəbədən atıb.
Bu zaman o, həyətdə olan 1972-ci il təvəllüdlü Məmiyev Namiq Abı oğlunun üzərinə düşüb.
Onların hər ikisi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Namiq Məmiyevin binanın komendantı olduğu bildirilir.