Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən talanmış, itirilmiş silah, nömrəli döyüş sursatları və talanmış, qaçırılmış nəqliyyat vasitələrinə dair “Avtomatlaşdırılmış Məlumat Bankı”nda  (AMB) formalaşan uçotlar üzrə məlumatların Müstəqil Dövlətlər Birliyi məkanında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Analitik Mərkəzi Federal Dövlət Təşkilatına göndərilməsi və çıxarılması Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi (BƏSİİ) tərəfindən təmin edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.

Nəzərdə tutulmuş məlumatların AMB-yə daxil edilməsi və çıxarılması Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Analitik Mərkəzi Federal Dövlət Təşkilatından daxil olmuş məlumatlar əsasında həyata keçirilir.