Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin adından ərizə valideynləri, yaxud qəyyumları (himayəçiləri) tərəfindən verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Ərizədə onun yetkinlik yaşına çatmamışın (yaxud fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsin) adından fəaliyyət göstərməsi, eləcə də ərizə verənin və vərəsənin soyadı, adı, atasının adı, vərəsənin doğum tarixi qeyd edilir.