Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Gəncə torpağının yetirməsi, Qəmbər Hüseynlinin əziz xatirəsinə həsr olunub.

Heftelik.az-ın məlumatına görə, bəstəkarın mahnılarından ibarət “Ay işığında” adlı konsert proqramında Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Kəmalə Tağıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Vüsal Namazov, Zəminə Nuriyeva, Azər Verdiyev, Samirə Hacıyevanın ifasinda Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə “Xəyali rəqs”, “Ömrümün yazısan”, “Tellər oynadı”, “Gəlmədin”, “İlk məhəbbət”, “Söz olur”, “Ay işığında” və digər mahnıları səsləndirilib.