Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 02:03-də baş verən zəlzələnin ocağı ni şəhərindən 9 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.