Naxçıvan Muxtar Respublikasına ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Heftelik.az-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Qeyd edək ki, Xanlar Mustafayev 20 may 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib, həmin tarixdən nazir vəzifələrini müvəqqəti icra edirdi.