Notarius öhdəliyin predmetini (pul məbləğlərini, sənədli qiymətli kağızları) depozitə qəbul edərkən ödənişin əsaslarını, yəni kreditorun hüquqlarının və borclunun vəzifəsinin əmələ gəlməsi əsaslarını yoxlamır.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Notarius depozitə pul məbləğləri və ya sənədli qiymətli kağızlar qoyan şəxsə ödəniş haqqında sənəd verir. Borclunun xahişi ilə ödəniş haqqında qeyd borcu müəyyən edən təqdim olunmuş sənəddə də yazıla bilər.