Notarius vəsiyyətnamələri depozitə notariat ofisində qəbul edir və həmin ofisdə olan seyflərdə saxlayır.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Notarius vəsiyyətnaməni depozitə qəbul edərkən, vəsiyyətnaməni təqdim edən şəxsin şəxsiyyətini müəyyən edir və onun fəaliyyət qabiliyyətini yoxlayır. Notarius vəsiyyətnamənin qoyulduğu zərfin vəsiyyətnaməni təqdim edən şəxs tərəfindən etibarlı bağlandığını və sonradan açılmadığını təsdiq etmək üçün zərfin bağlanan hissəsinə möhür vurur.