Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə yeniyetmə batıb.
Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, batan 12 yaşlı yeniyetmənin meyiti göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib:
İyun ayının 3-də Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan 2012-ci il təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.