Silah satışında YENİLİK

04 İyun 2024, 18:46

Döyüş təyinatlı hərbi texnika və hərbi silahın satışı, idxalı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılır.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  bu, Milli Məclisin iyunun 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda döyüş sursatının satışı, idxalı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılır.