Cinayətkarlığa qarşı mübarizənin operativliyinin və effektivliyinin artırılması yönümündə istifadə olunması üçün AMB-də toplanan məlumatlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Vahid Məlumat-Axtarış Sisteminə (VMAS) ötürülür.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
VMAS-dan alınan məlumatlar informativ xarakter daşıdığından istintaq-əməliyyat fəaliyyətində həmin məlumatların istifadə olunması, rəsmiləşdirilməsi və daha da əhatəli yoxlanılması üçün bu Təlimata əsasən sorğu tərtib olunaraq AMB-yə göndərilir. Sorğunun nəticələri istintaq və təhqiqat materiallarına əlavə olunur.