Talanmış və ya aşkar edilmiş nömrəli sənədlərin və əşyaların mərkəzləşdirilmiş axtarış uçotuna aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Talanmış, aşkar edilmiş və maddi sübut kimi götürülmüş nömrəli sənədlərin və əşyaların mərkəzləşdirilmiş axtarış uçotu aşağıdakı məlumatlar üzrə aparılır:
– talanmış, aşkar edilmiş və maddi sübut kimi götürülmüş nömrəli sənədlər-şəxsiyyət vəsiqəsi, pasport, viza sənədləri üçün nəzərdə tutulmuş blanklar, sənədli qiymətli kağızlar, saxta pul əskinasları, saxta sənədlər, ciddi hesabat sənədləri – hesab-faktura, mədaxil orderi, məxaric orderi, kredit kartı, hesablaşma kartı, əmanət kitabçası, bank çeki, sığorta sənədləri və s.;
– talanmış, aşkar edilmiş və maddi sübut kimi götürülmüş nömrəli əşyalar – orden, medal, təltif nişanları, möhür, marka, musiqi alətləri, qiymətli metallar, audio-video texnika, hesablama texnikası, optik cihazlar, saat, məişət texnikası, zərgərlik məmulatları, dəzgahlar, məsafədən idarə edilən pilotsuz uçan aparatlar və s.
– Talanmış, aşkar edilmiş və maddi sübut kimi götürülmüş nömrəli sənədlərin və əşyaların mərkəzləşdirilmiş uçota alınmasının əsası – cinayət işinin başlanılması haqqında və ya bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar.