“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının – Namiq Yolçuyev, Tural Səfərəliyev, Samid Məmmədov, Teyyub Ağayev və Orxan Şahbazovun ölməsi faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində tapşırılıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluq sorğuya cavab olaraq bildirib.
Hazırda iş üzrə zəruri ekspertizalar təyin olunmaqla, müvafiq dövlət qurumları ilə birgə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaqın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.