ABŞ-nin Livandakı səfirliyinin binası atəşə tutulub.
Heftelik.az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, hadisəni törədən şəxsin Suriya vətəndaşı olduğu, Livan təhlükəsizlik qüvvələrinin ona cavab atəşi açaraq zərərsizləşdirdiyi bildirilir.
Qeyd olunub ki, hadisə nəticəsində mühafizəçi yaralanıb.
ABŞ səfirliyinin hadisə ilə bağlı yaydığı məlumatda deyilir ki, yerli vaxtla səhər saat 08:34-də diplomatik korpusun girişinin yaxınlığında atıcı silahlardan atəş açılıb. Səfirlik əməkdaşlarının təhlükəsizlikdə olduğu vurğulanıb: “Araşdırmalar davam edir və biz ev sahibi ölkənin hüquq-mühafizə orqanları ilə sıx əlaqədəyik”.