Bir neçə gün öncə biz Ermənistan tərəfindən yeni layihə aldıq. Onu deyim ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur.
Heftelik.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə birgə brifinqdə deyib.
“Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir. Yəni biz burada müsbət dinamika müşahidə edirik”, – nazir əlavə edib.