Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.
Heftelik.az-ın xəbərinə görə, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiqləyib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib.
Allah rəhmət eləsin!