Talanmış və qaçırılmış nəqliyyat vasitələrinin tapılması və cinayətlərin açılması məqsədilə aparılan uçota aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Uçot istehsalçı-müəssisənin markalanma nömrəsi əsasında aşağıdakı nəqliyyat vasitələri üzrə aparılır:
– minik avtomobilləri;
– yük avtomobilləri;
– avtobuslar;
– refrijeratorlar;
– kənd təsərrüfatı təyinatlı maşınlar;
– yol-tikinti işləri üzrə nəzərdə tutulmuş maşınlar;
– mühərriklə təchiz olunmayan və mexaniki nəqliyyat vasitələrinin tərkibinə aid avtoqatar;
– qoşqular;
– yarımqoşqular;
– motosikletlər, trisikllər və yüngül kvadrisikllər;
– moped;
– kvadrisikllər;
– nəqliyyat vasitələrinin oğurlanmış mühərrik, şassi və ban hissələri;
– su, hava və dəmir yoluna aid olan nəqliyyat vasitələri;
– elektromobillər.