Vərəsə tərəfindən ərizəsinə əlavə edilmiş miras qoyanın ölümü haqqında şəhadətnamə, onun miras qoyanla qohumluq münasibətini təsdiq edən sənəd və ya ləğv edilməmiş və yaxud dəyişdirilməmiş vəsiyyətnamə, eləcə də mirasın açıldığı yer barədə müvafiq sənəd və ya məlumat əsasında ölənin adına vərəsəlik işi açılır və bu barədə məlumat “Elektron notariat” informasiya sisteminə daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Bütün sonrakı ərizələr (əlavə ərizələr, başqa vərəsələrdən və kreditorlardan daxil olan ərizələr) də daxilolma kitabında qeydə alınır. Ərizələrin yuxarı sağ küncünə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi qeyd edilir. Vərəsəlik şəhadətnaməsinin verilməsi üçün zəruri olan sənədlər və vərəsəlik şəhadətnaməsinin notariat ofisində saxlanılan nüsxəsi notariat işinə tikilir.