Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, yeni nazir müavini Ali Məhkəmənin hakimi Abiddin Hüseynov olub.
Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.
A.Hüseynov bu gün kollektivə təqdim olunacaq.
O, ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.